header

 Təl-Əviv və Hayfanı toza çevirərik

“25 ildən sonra İsrail olmayacaq dedikdə, o demək deyil, ki İsrail bundan sonra 25 il ömür sürəcək, bu o deməkdir ki, Ola bilsin İsrail heç 25 ilə də çıxa bilməsin."

Bunu İran İslam Respublikası Ordusunun baş komandanı briqada generalı Əbdürrəhim Musəvi deyib.

 

Bundan öncə İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei çıxışlarının birində 25 ilə İsrailin olmayacağı ilə bağlı mesaj vermişdi.

 

Bunu izah edən iranlı general deyilən müddətin maksimum olduğunu vurğulayıb və qeyd edib ki, məqsəd İsrailin 25 il qalacağı deyil, Sionist rejimin bundan da tez müddətdə aradan gedə biləcəyi anlamındadır.

 

Ə.Musəvi İsrailə xəbərdarlıq edərək, bildirib ki Sionist rejimi səhvə yol versə, bu, Hayfanın və Təl-Əvivini yerlə yeksan olması deməkdir.

 

İranlı general deyib ki ölkəsinin Silahlı Qüvvələri bütün müstəvilərdə hazırlıq görür, inqilabi düşünür və inqilabi hərəkət edir./ İslaminSesi.info

“25 ildən sonra İsrail olmayacaq dedikdə, o demək deyil, ki İsrail bundan sonra 25 il ömür sürəcək, bu o deməkdir ki, Ola bilsin İsrail heç 25 ilə də çıxa bilməsin."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap