header

 Fransa Ərəbistanın Yəməndəki cinayətlərinin şərikidir

Araşdırmalara əsasən Fransa Ərəbistana verdiyi modern silahlar ilə Yəmən xalqının qırğın edilməsində dolayısı iştiraka malik olub.

İRİB-nin verdiyi məlumata görə, Fransada Silahlanmaya Nəzarət Mərkəzinin məlumatlarına görə, Ərəbistan Livan ordusuna kömək adı altında Fransanın silah şirkətlərinə külli miqdarda silah və hərbi təchizat sifariş edib. Amma, bu silahlar və hərbi təchizatlar Livan ordusuna verilməyib və Ərəbistan onlardan Yəmənə qarşı təcavüzlərində istifadə edib.

 

Bu məlumata görə, artıq iki ildir ki, Yaxın Şərqin və hətta, dünyanın ən varlı dövlətləri dünyanın ən yoxsul ölkəsi olan Yəmənə qarşı amansız savaşı davam etdirirlər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar isə Yəmənə qarşı törədilən bütün cinayətlərə göz yumaraq, sükut edir.

 

Fransa dünyanın 3-cü ən iri silah ixracatçısı olaraq Ərəbistan və müttəfiqlərinin ən böyük silah təminatçılarından sayılır.

Araşdırmalara əsasən Fransa Ərəbistana verdiyi modern silahlar ilə Yəmən xalqının qırğın edilməsində dolayısı iştiraka malik olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap