Ruhani: BMT Baş Assambleyası İran xalqının səsini dünyanın diqqətinə çatdırmaq üçün bir fürsətdir
Posted on : iran 10/16/2017 1:00:34 PM
İran İslam Respublikası prezidenti deyib: BMT Baş Assambleyasının illik iclası İran xalqının səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, ABŞ və Qərb ictimaiyyətində mövcud olan şübhələri ortadan qaldırmaq üçün yaxşı fürsətdir.
İran İslam Respublikası prezidenti Həsən
Ruhani bazar günü səhər Nyu-Yorka səfər
etməzdən öncə jurnalistlər qarşısında deyib: BMT Baş Assambleyasında çıxış etməklə
yanaşı, ABŞ KİV-lərinin müdirləri, Amerikadakı düşüncə otaqlarının məsul şəxsləri,
ABŞ müsəlmanlarının rəhbərləri və Amerikada yaşayan iranlılar ilə görüşlərimiz
olacaq.
Ruhani həmçinin deyib: Nyu-Yorkda
Belçika, İsveç, Avstriya, Fransa, Britaniya, Yaponiya, Pakistan, Cənubi Afrika
və Boliviya başçıları ilə də görüşüb, danışıqlar aparacağıq. Bu görüşlərdə ikitərəfli
əlaqələr, regional məsələlər, nüvə anlaşması və Myanma müsəlmanlarının qırğın
edilməsi məsələləri barədə danışıqlar aparılacaq.
İran prezidenti həmçinin deyib: BMT
Baş Assambleyasının kənarında İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Myanma müsəlmanlarının
qırğın edilməsi mövzusunda bir iclas keçiriləcək. Həmçinin, ekologiya və iqlim
mövzusunda da bir iclas keçirilməlidir.
İran İslam Respublikası prezidenti Həsən
Ruhani nüvə anlaşmasını region və dünyanın təhlükəsizliyi, sabitliyi və
inkişafının xeyrinə olan bir anlaşma adlandırıb və deyib: Bu anlaşma ilə
müxalif olanlar azlıqdadırlar.
Həsən Ruhani həmçinin, Qərb xüsusilə
də Amerikanın davamlı olaraq İrana qarşı mənfi təbliğatlar aparmasına işarə edərək,
deyib: İslam ölkələri xüsusilə İran barəsində aparılan bu mənfi təbliğatlar həqiqətləri
əks etdirmir və İran BMT Baş Assambleyasında bu məsələni gündəmə gətirəcək.