header

 Qətər nümayəndəsinin İmam Əlidən (ə) hədis nəql etməsi Səud rəsmisini qəzəbləndirdi - VİDEO

Qətərin Ərəb Birliyindəki nümayəndəsinin İmam Əlinin (ə) sözlərindən birinə istinad etməsi Ali Səud nümayəndəsinin qəzəbinə tuş gəlib

Qətərin Ərəb Birliyindəki nümayəndəsi Sultan bin Səd əl-Mərixi birliyə üzv olan ölkələrin xarici işlər nazirlərinin iclasında 37 dəqiqə çıxış edərək, bir sıra ərəb ölkələrinin Qətərə qarşı olan hiylə və planlarından söz açıb.

 

Onun sözlərində diqqət olunası və təəccüblü məqam isə İmam Əlinin (ə) hədisinə istinad etməsi olub.

 

Əl-Mərixi öz sözünə başlayarkən imam Əlinin (ə) sözlərindən birinə toxunaraq bildirib: “Ağamız Əli (ə) sözlərindən birində belə buyurur: “Haqq əhli batil müqabilində susduğu zaman batil özünün haqq olduğunu güman edər”. (youtubedəki videonun 22-ci saniyəsi)

 

Əl-Mərixinin çıxışından sonra çıxış edən Səud nümayəndəsi bu sözlərə olan qəzəbini gizlədə bilməyib.

 

Qeyd edək ki, Mərixinin İran haqqında olan çıxışının bir hissəsi ərəb mediasının gündəminə düşmüşdü. / İslamazeri.com

Qətərin Ərəb Birliyindəki nümayəndəsinin İmam Əlinin (ə) sözlərindən birinə istinad etməsi Ali Səud nümayəndəsinin qəzəbinə tuş gəlib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap