Ermənistan sənaye tullantıları ilə Araz çayını çirkləndirməkdə davam edir
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Ermənistanın sənaye tullantıları ilə Araz çayını çirkləndirməsi son illərdə diqqəti çəkən mühüm mövzulardan biri olmuşdur.
Araz çayının
çirklənməsi məsələsi o qədər ciddidir ki, 2014-cü ildə o zamankı ekologiya
naziri Məsumə Ebtekar bu məsələni açıq-aşkar vurğulayaraq dedi: “Bu məsələyə
görə Ermənistan məsuliyyət daşıyır və Ermənistan dövləti bu çirklənməni aradan
qaldırmaq üçün addım atmalıdır”.
Ərdəbil əyalətinin
üç şəhərinin əhalisini içməli su ilə təmin edən Araz çayının çirklənməsi bir
neçə ildir ki, dövlət məsulları və əhali arasında, ümumi dairələrdə və mediada
mühüm bir mövzuya çevrilsə də indiyə kimi əsaslı bir iş görülməyib.
Ərdəbil əyalətinin
ətraf mühitin qorunması idarəsinin müdiri Araz çayında vəziyyətin
standartlardan aşağı olduğunu xəbər verərək deyib: “Araz çayının gigiyenik
durumu standart ölçülərdən aşağıdır və bu barədə əsaslı qərar qəbul etmək
lazımdır”.
Məhəmməd Xudapərəst
jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Araz su anbarında olan nəzarət
sistemləri vasitəsilə daimi olaraq nümunələr götürürük. Amma çayın vəziyyəti
barədə məlumatları artırmaq üçün yeni nəzarət texnologiyalarından istifadə etmək
lazımdır. Ərdəbil əyalətinin aidiyyatı orqanları sənaye tullantıları üzündən
yaranmış problemi aradan qaldırmaq üçün Ermənistanın addım atacağını gözləməməlidir.
Çünki hər dəqiqə və hər an sənaye tullantılarının artması səbəbinə çirklənmənin
də səviyyəsi artır. Bu da əyalətin şimal bölgələrində ətraf mühit üçün təhlükə
yaradır”.