header

 Almaniyada Myanma müsəlmanlarına edilən zülmlərə etiraz edildi - FOTO

Almaniyanın paytaxtı Berlində Myanmada Arakanlı müsəlmanlara qarşı edilən zülmlər və hücumlar pislənilib.

“AA”-a istinadən, Berlinli müsəlmanların təşəbbüsü  və iştirakı ilə təşkil olunan  etiraz yürüşü Alexanderplatz meydanında başlayıb və Pariser meydanına kimi davam edib.

 

Etirazçılar Myanma hökumətinin müsəlmanlara qarşı zülmlərini pisləyib və hücumları dayandırmağı tələb ediblər.  “Myanmadakı məzlum  müsəlmanlara qarşı  qətliamı durdurun” yazılı pankart açan etirazçılar  “Qadınlar yaşamaq istəyir”, “qətliamı durdurun”,  “Rohingiyalılar yaşamaq istəyir” kimi şüarlar səsləndiriblər.

 

Etirazçıların əlllərində zülmə məruz qalmış Arakanlı müsəlmanların fotoları və “ölümləri durdurun” şüarı yazılmış plakart daşıyıb.

 

Etiraz yürüşü  Brandenburg qapısı önündə  Pariser meydanında  dua oxunuşu ilə başa çatıb./ Maide

 
 
 

 

Almaniyanın paytaxtı Berlində Myanmada Arakanlı müsəlmanlara qarşı edilən zülmlər və hücumlar pislənilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap