Şəri-dini suallara cavablar - 1
Posted on : Digər sahələr 10/16/2017 1:00:18 PM
10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edirk
TƏQLİDİN
HÖKMLƏRİ
İctihad və Təqlid
SUAL 1: “İctihad” və “təqlid”in mənası nədir:
CAVAB: “İctihad” lüğətdə məşəqqətlə yanaşı hədsiz təlaş və
çalışqanlıq mənasını bildirir. Fiqh leksikonunda isə zəhmət və çalışqanlıqla
İslam fəqihlərinin nəzərində mötəbər sayılan mənbələrdən şəriət hökmlərinin ələ
gətirilməsi mənasını ifadə edir. (Bu mənbələr “kitab”, “sünnə”, “icma” və “əql”dən
ibarətdir.) Buna əsasən, dəlil-sübutla şəriət hökmlərini ələ gətirib, öz rəy və
nəzərinə əməl edən şəxsə “müctəhid” deyilir. (“Lisanul-ərəb”, “cohd” və ya “cəhd”
sözü; “Ət-tənqihu fi şərhil-urvətul-vusqa”, “əl-ictihad vət-təqlid” sözü, səh.20.)
“Təqlid” itaət
mənsaını daşıyır. Fiqh leksikonunda isə şəriət məsələlərində müctəhidin fətvasına
əməl etməyə “təqlid” deyilir.
Qeyd etmək
lazımdır ki, qeyd-şərtsiz itaət mənasını daşıyan “təqlid” sözü xoşagəlməz
görünsə də, İslam təlimləri və mədəniyyətində müctəhidin elmi təlaşı və
çalışqanlığının nəticəsindən bəhrələnən, eyni zamanda, şəriət hökmlərinin ələ gətirilməsində
doğruluq və yanlışlıq məsuliyyətini müctəhidin öz öhdəsinə buraxan şəxsə “müqəllid”
– təqlidçi deyilir. Bəlkə də “qəlladə” (boyunbağı) sözündən götürülən “təqlid”
sözünün işlənməsində bu məqsədin izlənilməsi əbəs deyildir.
Qeyd edək ki, şəri-dini
suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10
mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim
olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində
saxlanılır:
1. Sualların
cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların
cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin
dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların
cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin
də fətvaları nəzərə alınmışdır:
–Ayətullah
Seyid Əli Xamenei;
–Ayətullah
Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx
Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx
Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx
Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx
Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx
Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx
Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx
Nasir Məkarim Şirazi;
Allah-Taaladan
Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir
kəsə tövfiq diləyirik!