Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayır
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayır
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin
iştirakı ilə genişmiqyaslı təlimlər başlayır. FaktXeber.com-un verdiyi məlumata
görə, Azərbaycanın Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bilidirilir ki,
təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika,
120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş
sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni
növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb
olunacaq.
Mürəkkəb dağlıq
relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər
xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir
ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə
bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.
Təlimlərin
müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də
istifadəsilə döyüş atışlarının keçirilməsi nəzərdə tutulur.
Təlimlər
sentyabrın 22-dək davam edəcək.