Bəşər Əsəd Ayətullah Xameneiyə məktub göndərdi - MƏZMUN
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Suriya Prezidenti Bəşər Əsəd İran Ali Rəhbərinə göndərdiyi təbrik mesajında, İran xalqının Suriya xalqını terrorizmə qarşı müharibədə dəstəklədiyini bildirib.
İslamazeri.com
İran mediasına istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd İran
İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamaneiyə Suriya ordu qüvvələri və
müqavimət güclərinin Deyr əz-Zor mühasirəsini qıraraq strateji nailiyyətlər əldə
etdikləri üçün göndərdiyi təbrik məktubunda İran xalqı və hökumətinə Suriya ilə
terrorizmlə mübarizədə əməkdaşlıq etdiyi üçün təşəkkür edib.
Suriya
Prezidenti Əsəd mesajında İran İslam Respublikasının terrorizmə qarşı prinsipli
mövqeyini təqdir edərək, İslam İnqilabı Rəhbəri, İran xalqı və hökumətinin daim
Suriyanın hamisi olduğunu qeyd edib.
Bəşər Əsəd
Suriya və İranın terrorizmlə mübarizəyə və bütün ölkələr və millətlər üçün bərabər
izzət, ədalət və bərabərliyə əsaslanan beynəlxalq və regional nizamın qurulması
üçün tərəfdaşlığına davam edəcəklərini vurğulayıb.
Qeyd edək ki,
Suriya ordusu və müqavimət qüvvələri 5 sentyabrda 3 ildən sonra Deyr əz-Zoru
İŞİD terror təşkilatının mühasirəsindən azad edilməsinə nail oldular.