header

 Səudiyyənin vəliəhd şahzadəsi Bin Salman İsrailə səfər edib

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın ötən həftə İsrailin işğalı altındakı torpaqlara gizli səfər edərək Sionist rejimi rəhbərləri ilə görüşdüyü bildirilib.

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, ötən günlərdə "İsrailin səsi" radiosu Səudiyyə Ərəbistanı sarayından bir şahzadənin Tel-Əvivə gedərək İsrail rəsmiləri ilə görüşdüyünə dair bir məlumat yaymışdı. Ancaq şahzadənin adını çəkməmişdilər.

 

NRG adlı internet saytı isə Tel-Əvivə gizli şəkildə səfər edən Səudiyyə şahzadəsinin Məhəmməd bin Salman olduğunu bildirib. Daha sonra "Jerusalem Post" qəzeti də "Twitter"dən paylaşdığı bir xəbərdə Tel-Əvivə səfər edən şəxsin Bin Salman olduğu xəbərini təsdiq edib.

 

Qəzet həmçinin Bin Salmanın Netanyahu ilə görüşdüyünü də yazıb. Bu səfər Səud rejimi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Çünki aylardır tərəflər arasında münasibətlərin normallaşdırılması mərhələsinə gəldiyinə dair Ərəb mətbuatında tez-tez xəbərlər çıxırdı. Bəzi Səudiyyə rəsmiləri isə Səudiyyə və Ərəblərin həqiqi düşməninin İsrail deyil, İran olduğunu ifadə edirdi.

 

Bəllidir ki, Məhəmməd bin Salman bu səfərin mətbuata əks olunmaması üçün çox səy sərf edib. Ancaq buna mane ola bilməyib. Sosial mediada və İsrail mətbuatında vəliəhdin İsrail səfərilə bağlı xəbərlər çıxmasına baxmayaraq, Səudiyyə Ərəbistanının xəbərləri təkzib etməməsi rejimin İsraillə münasibətlərini bundan sonra gizləmə ehtiyacı hiss etməyəcəyi şəklində şərhlərin edilməsinə yol açıb.

 

Bin Salmanın Tel-Əviv səfərinin səbəbi kimi isə regionda fələstinlilərlə işğalçı İsrail rəhbərliyi arasında sülh danışıqlarının dəstəklənməsi olduğu ifadə edilib. Ötən il də Səudiyyə kəşfiyyat rəhbəri Ənvər əl-Işqi İşğalçı İsrail rəhbərliyinə səfər etmiş və yüksək səviyyəli Sionist rəsmiləri ilə görüşlər keçirmişdi.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın ötən həftə İsrailin işğalı altındakı torpaqlara gizli səfər edərək Sionist rejimi rəhbərləri ilə görüşdüyü bildirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap