DTX:Terror fəaliyyətiylə məşğul olan 151 azərbaycanlı vətəndaşlıqdan çıxarılıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
“Bu gün dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.
Bunu Dövlət Təhlükəsizliyi
Xidmətinin rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın
işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin “Vətəni müdafiəyə daim
hazırıq” adlı forumunda bildirib.
O qeyd edib ki,
bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin
güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması
kimi faktorlar da aiddir: “Təəssüf ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan
vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və
İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar. Məlumatlara görə,
onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər
Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan
Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində
döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum
edilib”./ Faktxeber