header

 ABŞ-ın məhkəmə sistemi FETÖ-nün təsiri altındadır - Türkiyə

ABŞ məhkəmə sistemi Türkiyədə 2016-cı ilin İyulunda dövlət çevrilişi cəhdinin axrasında duran xətib Fətullah Gülənin FETÖ (Fətullahçı Terror Təşkilatı) təşkilatının təsiri altındadır.

İslaminSesi TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

 

Картинки по запросу bekir Bozdağ

 

"ABŞ-ın məhkəmə sistemi FETÖ-nün təsiri altındadır. [iran-türk iş adamı Rza] Zərrabın işinin siyasi motivləri var. Əgər sizin ölkədə qanunlara əməl olunursa, onda sizdə onun günahının sübutu olmalıdır".

 

ABŞ hakimiyyəti Rza Zərrabı Mayamidə (Florida ştatı) 2016-cı ilin martında həbs ediblər. O, Vaşinqtonun Tehrana tətbiq etdiyi sanksiyalardan yan keçərək İran hökümətinə pul vəsaitlərinin qanunsuz göndərilməsində ittiham edilib.

 

ABŞ Ədliyyə Nazirliyi Sentyabr ayında isə Türkiyənin sabiq maliyyə naziri Zafer Çağlayan və Türkiyənin Turkish Bank-1 dövlət bankının sabiq rəhbəri Süleyman Aslan və onların iki tərəfdaşı barədə İran hökumətinin və ABŞ sanksiyaları ilə qadağan edilən digər iran qurumlarının xeyrinə milyonlarla dollarlıq əməliyyatların həyata keçirilməsi məqsədi ilə ABŞ maliyyə sistemini istifadə etmək üzrə əlbir olmaqda ittiham etmişdi.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çağlayana qarşı bu ittihamları "ABŞ-ın Türkiyəyə qarşı siyasi addımı" adlandırmışdı.

 

ABŞ Ədliyyə Nazirliyinin sənədində sanksiyaların pozulmasının 2010-cu ildən 2015-ci ilədək olan dövrdə törədildiyi deyilir.

 

Təqsirləndirilənlərin mərkəzləri Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə olan şirkətlər şəbəkəsi ilə bağlı olduqları qeyd edilib. Bu iş üzrə maksimum cəza müddəti 30 il azadlıqdan məhrum edilmədir.

ABŞ məhkəmə sistemi Türkiyədə 2016-cı ilin İyulunda dövlət çevrilişi cəhdinin axrasında duran xətib Fətullah Gülənin FETÖ (Fətullahçı Terror Təşkilatı) təşkilatının təsiri altındadır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap