header

 “Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb

İslami Elmlər üzrə Kompüter Tədqiqat mərkəzinin təşkilatçılığı, tanınmış din xadimlərinin iştirakı ilə “Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb.

Hazırlanmış proqram təminatının bu gün təqdimatı keçirilib.

 

“Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramını hazırlayan mərkəzin nümayəndəsi  Əli Cabbari deyib ki,  proqram təminatında İmam Hüseyn (ə) hərəkatı və Aşura günü ilə bağlı mötəbər məqtəl və kitablar  toplanıb.

 

Onun sözlərinə görə, toplanmış kitablar arasında  İmam Hüseynin (ə) əshabələrinə aid,  Aşura hadisəsində rolu olmuş şəxslər, əzadarlıq, İmam Hüseynin (ə) söz ensiklopediyası,  Aşura hadisəsinə bağlı qiyamlar və digər mövzuları əhatə edən kitablar yer alıb.

 

Ə.Cabbari bildirib ki,  proqram təminatı bir neçə mərhələdə təkmilləşəcək. “Birinci mərhələ çərçivəsində 500 kitab arasından  100 kitab seçilərək proqrama yerləşdirilib.  İkinci mərhələdə kitabların sayı artırılacaq,  kəmiyyət və keyfiyyət baxımından proqram  daha da təkmilləşdiriləcək”.

 

Qeyd edək ki, proqramın hazırlanmasında məqsəd İmam Hüseyn (ə) şəxsiyyətini tanıtmaq,  hədəfini bəyan etmək,  Kərbəla hadisəsinin  etibarlı qaynaqlardan  topalayaraq dijital formada tədqiqatçıların ixtiyarında qoymaqdır. / Maide.Az

İslami Elmlər üzrə Kompüter Tədqiqat mərkəzinin təşkilatçılığı, tanınmış din xadimlərinin iştirakı ilə “Məqtəl əl-Hüseyn (ə)” multimedia proqramı hazırlanıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap