header

 İranlı general Kürdüstana səfər edib

İranlı general Kürdüstana səfər edib

FaktXəbər-in verdiyi məlumata görə, İranın İnqilab Keşikçilər Korpsunun "Qüds" briqadasının komandanı general Qasim Süleymani İraqın Kürdüstan muxtariyyatına səfər edib. Bu barədə "İSNA" agentliyi "Sky Press"ə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Yaxın Şərqdə böyük nüfuzu olan Qasim Süleymani İraqdan ayrılmaq istəyən Kürdüstan Regional Rəhbərliyinin sədri Məsud Bərzani ilə görüş keçirib. General Süleymani görüş zamanı Bərzanini inandırmağa çalışıb ki, Kürdüstanın İraqdan ayrılmaq üçün referendum keçirmək istəyi ölkəni parçalayacaq.

 

Bu arada İraq ordusunun nəzdində İŞİD terrorçularına qarşı döyüşən "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsinin komandan müavini Hadi Əl-Əmiri Nəcəf şəhərində çıxışı zamanı bildirib ki, Kürdüstan bölgəsində referendum keçiriləcəyi təqdirdə vətəndaş müharibəsi başlaya bilər.

İranlı general Kürdüstana səfər edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap