header

 Türk siyasətçi: Bu siyasət yox olmağımıza səbəb olacaq”

Səadət Partiyası Yozgat şəhəri Sorqun rayon komitəsinin sədr konqresi həyata keçirilib. Konqres nəticəsində Mustafa Salman Səadət Partiyası Sorğun rayon komitə sədri seçilib. Konqresə qatılan Səadət Partiyasının sədr müavini İsmayıl Hakkı Akkiraz gündəmə dair açıqlama verib. Akkiraz “”Milli Görüş”ün haqqı üstün tutan və ədaləti əsas götürən siyasətinə qayıtmadan heç bir məsələmizi həll edə bilmərik”,- deyə bildirib.

Səadət Partiyası Sorqun rayon komitəsinin konqresi İlyas Aslan Mədəniyyət Mərkəzində həyata keçirilib. Səadət Partiyası sədr müavini İsmayıl Hakkı Akkirazın iştirakıyla həyata keçirilən konqres nəticəsində Mustafa Salman Səadət Partiyası Sorqun rayon komitə sədri olub. Konqresdə siyasi gündəmi qiymətləndirən Akkiraz “”Milli Görüş” hər şərtdə haqqı üstün tutan və ədaləti gözləyən nəzərdir. Hal-hazırda ölkədə və dünyada böhranlı bir dövr yaşanır. Bu böhranın təməlində isə zalımların yaradıb və idarə etdikləri bir “əzən və əzilən sistemi” dayanır”,- deyib.
Akkiraz “Hal-hazırda siyasət “əzən və əzilən sistemi”nə xidmət edir. Yaşanılan çətinliklərin təməlində insanlar deyil, bu səhv və şikəst anlayış və zehniyyətlər dayanır. Ölkə və insanlıq olaraq bu səhv zehniyyətə xidmət edən bir siyasətdən “Milli Görüş”ün haqqı üstün tutan və ədaləti əsas götürən siyasətinə qayıtmadan heç bir məsələmizi həll edə bilmərik” deyib. Sədr müavini sözlərinin davamında, ölkə idarəsini 15 ildir davam etdirən AKP-nin “əzən və əzilən sistemə” xidməti əsas götürdüyünü, bu siyasətinin insanlara və cəmiyyətə səadət gətirə bilmədiyini söyləyib. AKP-in prinsiplərini sıralayan Akkiraz, “ABŞ və İsrail ilə strateji müttəfiqlik. Avropa Birliyini Mədəniyyət Layihəsi olaraq görmək. Liberal, kapitalist, faizçi iqtisadi sistemə uyğunlaşmaq” deyərək, “Ölkəmiz bu gün bu səhv və tərəfkeş siyasətin yaratdığı çətinliklərlə boğuşur. AKP-nin mənimsəmiş olduğu prinsiplər ölkəni yox olmağa aparır. Bütün bu çətinliklərdən xilas olmağın bir yolu var. O da “Milli Görüş” yəni Səadət Partiyası iqtidarıdır. Belə gəlib, belə getməyəcək, bu sistem dəyişəcək”,- deyə o, sonda əlavə edib.
Səadət Partiyası Yozgat şəhəri Sorqun rayon komitəsinin sədr konqresi həyata keçirilib. Konqres nəticəsində Mustafa Salman Səadət Partiyası Sorğun rayon komitə sədri seçilib. Konqresə qatılan Səadət Partiyasının sədr müavini İsmayıl Hakkı Akkiraz gündəmə dair açıqlama verib. Akkiraz “”Milli Görüş”ün haqqı üstün tutan və ədaləti əsas götürən siyasətinə qayıtmadan heç bir məsələmizi həll edə bilmərik”,- deyə bildirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap