Naxçıvanda Duz Muzeyi yaradıldı – Nuh peyğəmbərlə bağlı maraqlı MƏLUMAT
Posted on :
Digər sahələr
10/16/2017 1:00:33 PM
Naxçıvanda Duz Muzeyi yaradılıb.
faktxeber-a malomatina gore Bununla bağlı bu gün Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muvafiq sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilib ki, Naxçıvanın Nuh peyğəmbərlə
bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi
Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh
peyğəmbərin məskəni kimi xatırladıb, on altıncı əsrin görkəmli ərəb
alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta
gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat
verib. Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr
olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar
məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli
məqaləsində Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan
olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur.
Tədqiqatlar göstərir ki, bu ərazidə Eneolit dövründən başlayaraq duz
mədənçiliyinin əsası qoyulub. Bu isə 5 min illik Naxçıvan şəhər
mədəniyyətinin formalaşmasına güclü təsir göstərib. Naxçıvan Duzdağının
tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar
aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk
Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub. Aparılan
tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh
peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və
şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında
keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ
mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici
mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi
materiallar hazırlanıb, kitablar nəşr olunub.
Bütün bunlar nəzərə alınaraq, Naxçıvan duzunun tarixdə oynadığı
mühüm rolu nəzərə alaraq, aparılan elmi tədqiqatların nəticələrinin
sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş
maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək
məqsədilə belə bir sərəncam verilib.