İsrail ədliyyə naziri Ayelet Şaked: "Kürdüstanın qurulması bizim xeyrimizə olar"
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail ədliyyə naziri Ayelet Şaked bu gün iştirak etdiyi bir konfransda İsrailin İraq kürdlərinin müstəqilliyini dəstəklədiyini təkrarlayıb.
Bu barədə "Haaretz" xəbər
verib.
Xəbərə görə, Şaked İsrail ilə Qərb
ölkələrinin Kürdüstan dövlətinin qurulmasında böyük marağı olduğunu bildirərək,
"ABŞ-ın Kürdüstan bölgəsində keçiriləcək referendumu müdafiəsinin zamanı gəldiyini
düşünürəm", - deyib.
Xatırladaq ki, ABŞ İKRR-də keçiriləcək
referendumun vaxtını İŞİD-lə davam edən mübarizəylə bağlı doğru olmadığını
açıqlamışdı.
Şaked daha əvvəl verdiyi açıqlamada
da ölkəsinin Yaxın Şərqdə müstəqil kürd dövləti qurulmasına dəstək verməsini
istəmişdi.
İsrail Baş naziri Binyamin Netanyahu
da ABŞ Konqres üzvləri ilə daha əvvəl keçirdiyi görüşlərdə kürdlərin dövlət
sahibi olmalı olduğunu qeyd etmişdi.
Mənbə:eastnews