Evlənməyin haram olduğu şəxslər
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Bir neç yolla insanların evlənməsi haram olur- evlilik, nəsəb, süd vermə.
Ailə qurmaq
Peyğəmbər (s) sünnəsidir. İslam dini öz zühuru ilə ailəyə dəyər verdi, onun əhəmiyyətini,
evlənməyin zəruriyyətini, övlad dünyaya gətirib, ona düzgün tərbiyyə verib, cəmiyyətə
sağlam cüssəli, sağlam düşüncəli fərd verməyin mühümlüyünü ortaya qoydu.
İnsanları evlənməyə və sağlam ailə təməli qurmağa sövq etdi.
İnsan ailə
qurarkən diqqət etməli ilkin mərhələ hallalıq məsələsidir ki, kişi ilə qadın
arasında halallıq bağı olsan. Bir neçə yolla nisanlar arasında evliliyə maneə
olan haramlıq yaranır:
Nəsəb
(qohumluq)
Südvermə
Evlilik
Nəsəb
(qohumluq) yolu ilə haram olan hallar:
1-Ata-ana və
yaxarı getdikcə (məsələn-ata,baba, onun atası,onun atası və yaxun anası...)
2-Övladlar və
aşağı getdikcə (məsələn-övlad,nəvə,nəticə...)
3-Bacı-qardaş və
övladları...
4-Əmi,dayı,
xala, bibi (yuxarı getdikcə.Məsələn-xalanın xalası...)
Süd vermə yolu
ilə də haramlıq yaranır. Bu da nəsəb qohumluğu kimi eyni sillsilə ilə haram
olur. Amma bunun xüsusi şərti vardır ki, fiqh kitablarında süd vermənin şərti və
miqdarı qeyd olunub.
Evlilik nəticəsində
haramlıq yaranır ki, kişi artıq bu şəxslərlə evlənə bilməz:
1- Qaynana
(yuxarı getdikcə-anasının anası...)
2- Qadının qızı
(Aşağı getdikcə-qızının qızı...)
3- Qaynatasının
arvadı ( və o xanımın nəsəb qohumu qadınlar)
4- Oğlunun
qadını (aşağı getdikcə-onun qızı,qızının qızı...) / İslaminSesi