header

 İsrail rejimi Myanma dövlətilə hərbi əməkdaşlıq edir

Sionist mənbələr yazıblar ki, Myanma ordusunun və ekstremist buddistlərin Myanma müsəlmanları əleyhinə hücumlarının artdığı bir halda, İsrail rejimi Myanma dövlətini silahlandırmaqda davam edir.

Sionist Haarets qəzeti bu bir reportajda işğal olunmuş Fələstində sionist rejimin təhlükəsizlik ixracatı şöbəsinin müdiri Mişel ben Baruxun ötən yayda Myanmaya olmuş səfərinə toxunaraq, yazıb ki, həmin səfər zamanı Myanma hərbi şurasının başçıları sionist rejimdən hərbi qayıqlar satın aldıqlarını etiraf ediblər.

 

Belə bir halda, Myanma hərbi şurasının başçılarından biri də 2015-ci ilin sentyabrında işğal olunmuş Fələstinə səfəri zamanı sionist rejimin başçısı və bu rejim ordusunun qərargah rəisi ilə görüşübdür.

 

BMT statistikalarına əsasən, son günlər ərzində Myanma ordusunun və ekstremist buddistlərin Myanma müsəlmanları əleyhinə hücumlarının artmasının ardınca Myanmanın Raxin əyalətindən 90 min ruhinqalı müsəlman bu ölkədən qaçıbdır.

 

Myanma dövləti təqribən bir milyon ruhinqalı müsəlmanı qanunsuz mühacir hesab edir və onlara heç bir vətəndaşlıq hüququ vermir. Myanmada müsəlmanlara qarşı repressiyanın şiddətlənməsi indiyədək minlərlə nəfərin ölümü ilə nəticələnib və on minlərlə nəfər də öz ev-eşiyini tərk etməyə məcbur olubdur.

Sionist mənbələr yazıblar ki, Myanma ordusunun və ekstremist buddistlərin Myanma müsəlmanları əleyhinə hücumlarının artdığı bir halda, İsrail rejimi Myanma dövlətini silahlandırmaqda davam edir.
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap