Qubadlı rayonunun erməni silahlı bölmələri tərəfindən işğalının ildönümündə Londonda qeyri-adi aksiya keçirilib.
Avropa
Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, matəm
içində olduğunu bildirmək üçün qara geyinmiş skripkaçı Qubadlının işğalı
günündə Ermənistanın Londondakı səfiri qarşısında Azərbaycanın kədərli
musiqisini ifa edib.
"London
küçələrində şəxsi mövqeyin dinc ifa edilməsinin Böyük Britaniya
qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı
musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni
diplomat hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib",
- deyə məlumatda bildirilir.
TEAS-ın
London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü
barəsində məlumat verdikdən sonra erməni diplomat Azərbaycan
torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına
sərt cavab verib, əsəblərini cilovlaya bilməyib, sonda polis çağırıb.
Hadisə yerinə gələn polis əməkdaşı isə bildirib ki, Böyük Britaniyada
hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var.
cek
Peqoraro bildirib ki, bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı
rayonunun işğalının 24 illiyi ilə bağlıdır: "Qara paltar geyinmiş, üzü
bağlı xanımın “Bayatı Şiraz” və “Sarı Gəlin” musiqilərini ifa etməsi
qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış
azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına
yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq
Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq”.
Qeyd
edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə işğal olunub. İşğal
zamanı 238 dinc sakin qətlə yetirilib. İşğaldan sonrakı beş il ərzində
isə 148 nəfər aldığı xəsarətdən vəfat edib.
14
oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası erməni
qoşunlarının Qubadlı ilə bərabər Füzuli və Cəbrayıl bölgələrindən dərhal
çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul edib. Bu, BMT
Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi
dörd qətnamədən biridir. Qəbul olunduğu tarixdən 20 ildən artıq müddət
keçməsinə baxmayaraq, bu qətnamələrin tələbləri hələ də yerinə
yetirilməyib.