header

 "Mehman Əliyevin həbsinə gərək yox idi..." - Deputat

Asim Mollazadə: “Mənə elə gəlir onunla bağlı həbs yox, fərqli bir seçim edilməsi daha düzgün olardı. Bu da eyni zamanda, beynəlxalq ictimaiyyətə mesaj ola bilərdi ki, həmin hadisə real olaraq vergilərlə bağlıdır”

“Bizim sözümüzü Mətbuat Şurası deyib. Mətbuat Şurasının üzvüyəm. Mətbuat Şurası da Mehman Əliyevin buraxılması ilə bağlı hörmətli prezidentimizə, möhtərəm prezidentimizə müraciət edib. Biz o müraciətdə də hər sözümüzü demişik”, - deputat, “Ədalət” qəzetinin redaktoru, Mətbuat Şurasının üzvü Aqil Abbas “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı danışarkən belə deyib.
O, AzadlıqRadiosu-na Mehman Əliyevin buraxılacağına inandığını da söyləyib: “İnşallah, inanıram ki, onu buraxacaqlar. Biz bir ziyalının, bir jurnalistin həbsdə qalmasını istəmərik. Möhtərəm prezidentimizə müraciət etmişik. Yəqin ki, cavabımızı da alacağıq”.
Bu həbsin “siyasi sifariş” olması haqda suala isə deputat cavab verməkdən yayınıb: “Dedim də sizə. Mən müraciəti imzalamışam. Bütün Mətbuat Şurasının üzvləri ilə birgə imzalamışam. İndi də gözləyirik”.
Deputat Asim Mollazadə isə “Turan” İnformasiya Agentliyinin direktorunun həbsinin “siyasi sifariş” olması haqda ehtimallara əsas vermir. Deputat fikrini belə əsaslandırır: “Mən “Turan” agentliyinin radikal mövqeyini görmürəm və buna görə də siyasi motivlərdən danışmağa səbəb də görmürəm. Əslində, vergilərlə bağlı hansısa pozuntulara yol verilməsi istisna deyil”.
Bununla belə, Asim Mollazadə hesab edir ki, istintaq araşdırması zamanı Mehman Əliyevin həbsinə gərək yox idi. O, həmin fikri qısa açıqlamada bir neçə dəfə təkrar edir.
“Dekriminasiya ilə bağlı bir fərman var. Yəni həbs qətimkan tədbiri seçilmədən də istintaq davam etdirilə bilərdi. Mənə elə gəlir, onunla bağlı həbs yox, fərqli bir seçim edilməsi daha düzgün olardı. Bu da eyni zamanda, beynəlxalq ictimaiyyətə mesaj ola bilərdi ki, həmin hadisə real olaraq vergilərlə bağlıdır və araşdırmalar davam etdirilir. Fikrimcə, hansısa pozuntular olubsa, bu istiqamətdə araşdırmalar aparılırsa, bununla bağlı həbs qətimkan tədbirinin istifadə edilməsi düzgün deyil”, - deputat izah edir.
Asim Mollazadənin qənaətincə, bu üzdən də indiki məqamda media rəhbərlərinin bu məsələylə bağlı narahatlığının səbəbi də “tam aydındır”.
Xatırladaq ki, avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Ancaq Mehman Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmağa məcburdurlar.

Asim Mollazadə: “Mənə elə gəlir onunla bağlı həbs yox, fərqli bir seçim edilməsi daha düzgün olardı. Bu da eyni zamanda, beynəlxalq ictimaiyyətə mesaj ola bilərdi ki, həmin hadisə real olaraq vergilərlə bağlıdır”
Ərdəbil Məhde Təşəyyo
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap