header

 Elman Rüstəmov da girovsuz kredit götürübmüş- 700 milyon

Beynəlxalq Bankı və ölkənin başqa əsas banklarını dağıtmış kredit oliqarxları ilə bağlı məsələ hələ öz həllini tapmayıb. Xatırladaq ki, “böyük neft pulu illəri”ndə bir çox banklar maliyyə-kredit sisteminə məsuliyyətsiz münasibət nəticəsində talanıb və boşaldılıb.

Virtualaz indiyədək bank sektorunun problemlərinə, əsas emissiya, maliyyə-kredit institutu və bankların fəaliyyətinin nizama salınması səlahiyyəti verilmiş qurum kimi Mərkəzi Bankın məsuliyyətini ayrıca vurğulayaraq, bir neçə analitik yazı həsr edib.

Məlum olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov özü də kredit oliqarxı hesab edilə bilər. Demə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb.

Azərbaycan iqtisadiyyatının kreditləşməsinə və yeni layihələrin həyata keçirilməsinə xüsusi ehtiyac duyulduğu, iqtisadi və maliyyə böhranının yaşandığı bir dövrdə Mərkəzi Bank başçısının təşəbbüsü çox qəribə görünür və təəccüb doğurur.

Beynəlxalq Bankı və ölkənin başqa əsas banklarını dağıtmış kredit oliqarxları ilə bağlı məsələ hələ öz həllini tapmayıb. Xatırladaq ki, “böyük neft pulu illəri”ndə bir çox banklar maliyyə-kredit sisteminə məsuliyyətsiz münasibət nəticəsində talanıb və boşaldılıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap