“The Guardian” nəşri “Cənub Qaz Dəhlizi, Azərbaycan Laundromat bulmacasının əskik parçasıdır” adlı məqalə dərc edib
Məqalədə
deyilir ki, “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmada rejimin
Avropa lobbiçiliyinə xərclənmiş minlərlə ödənişi üzə çıxarıb. Ancaq
məqalə otaqdakı iri qara boşluğu xatırlatmayıb. Rejimin mütəmadi insan
haqlarını pozması, korrupsiya və seçki saxtakarlığına rəğmən, Azərbaycan
öz imicini Avropada müsbət göstərməyə çalışır ki, Cənub Qaz Dəhlizi
flaqman layihəsinə görə dəstək alsın.
“Dəhliz,
ümumi 45 milyard ABŞ dolları dəyəri olan fosil yanacaq sənayesinin
həyata keçirdiyi ən böyük infrastruktur layihələrindən biridir. Onun
vasitəsilə Azərbaycan Avropaya qaz daşıyacaq. Fosil yanacaq sənayesində
güclü marağı olan korporasiyalar Avropa hökuməti qarşısında bu lazımsız
layihəni icmaların iradəsinə qarşı qaldırır, insan hüquqları və sağlam
iqlimə təhlükə yaradırlar.
Cənub
Qaz Dəhlizi və onun vacibliyi Əliyev rejimi bulmacasının çatışmayan bir
hissəsidir. Rejimin lobbiçilik məsələlərinin Avropa səviyyəsində
aparılması və çirkli pulların yuyulması işlərində niyə bu qədər
dəridən-qabıqdan çıxmasını qismən də olsa izah edir” - məqalədə deyilir.
Qəzet daha sonra yazır:
“İngiltərə
hakimiyyətinin vergi və idarəetmə qanunlarındakı boşluqlardan istifadə
edənlərin cəzalanması ilə bağlı verdiyi sözlərə baxmayaraq, bu halların
təkrarlanması və ola bilsin ki, məhz sözügedən sonuncu fırıldaqçılıq
olayı Birləşmiş Krallıqda böyük narazılıqlara səbəb oldu. 2013-cü ildə
sabiq baş nazir Devid Kemeron, daha sərt şəffaflıq qaydaları vasitəsilə
Krallıqda və onun xaricdəki ərazilərində vergidən yayınmalara son
qoymağı vəd etmişdi. Artıq 4 il keçməsinə baxmayaraq, İngiltərə
hakimiyyəti hələ də qanunlarda olan boşluqları aradan qaldırmağı
bacarmadığına görə, cinayətkarlar çirkli pullarını gizlətməyə və
transmilli şirkətlərin ödəməli olduğu vergilərdən yayınmağa müvəffəq ola
bilirlər”.
Məqalədə vurğulanır ki, “Oxfam” beynəlxalq təşkilatı Şotlandiyadakı məhdud əməkdaşlıq əlaqələrinin yoxlanılmasını tələb edir:
“Hazırda
bu növ əməkdaşlıq xidmətləri göstərən şirkətlər sahibləri haqda
məlumatları ictimaiyyətə açmalıdırlar. Lakin bu qaydalar da detallı
şəkildə öyrənilməli və tətbiq edilməlidir ki, sistem tərəfindən yeni
sui-istifadə hallarına yol verilməsin.
İngiltərənin
vergi cənnəti olan Britaniyanın Vircin adaları hələ də çirkli yollarla
əldə edilən pullara və qeyri-vergi gəlirlərinə sığınacaq verərək,
qeydiyyata saldığı şirkətlərin sahibləri haqqında məlumat verməkdən
imtina edir. Bu cür vergidən yayınmalar, inkişafda olan ölkələrə hər il
milyardlarla pulun itməsi bahasına başa gəlir, halbuki bu pullar
məktəblərə və səhiyyəyə sərf edilə bilər. Siyasətçilər bu məsələlərlə
bağlı qətiyyətli tədbirlər görməyincə, dünyanın ən kasıb insanları bunun
hesabını ödəməyə davam edəcəklər”.
Qeyd:
Bu məktub, “Ofxam”beynəlxalq təşkilatının əməkdaşı olan Rebekka Qouland tərəfindən “The Guardian”-a ünvanlanıb.
“Oxfam”, 90-dan çox tərəfdaş ölkə və yerli icmalarla birgə fəaliyyət göstərən 20 təşkilatdan ibarət beynəlxalq konfederasiyadır.