Azərbaycanın Myanma müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb - VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılıb
“SilkWay” aviaşirkəti
vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmiş
gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım
sentyabrın 9-u Dəkkə Həzrət Şahcəlal Beynəlxalq aeroportunda Banqladeş hökumətinin
nümayəndələrinə təhvil verilib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti
İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam
edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə
Azərbaycan hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton
humanitar yardım göndərilib. (APA)