header

 Dini dərslərin keçirilməsi orta məktəblərə uyğun deyil - Deputat

“Dini etiqad azadlığı haqqında” qanunun 6-cı maddəsində (Dinin məktəblə münasibəti) göstərilib ki, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır.

Amma dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər.

 

Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər.

 

Məsələyə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq mədrəsələrdə, müəyyən institutlarda, tədris müəsissələrində keçirilə bilər.

 

“Bütün dinlər haqqında ümumi məlumat almaq üçün düzgün tədrisə ehtiyac var. Burada söhbət qanunla qadağan olunmayan dinlərdən gedir. Azərbaycan dünyəvi dövlətdir. Amma hesab edirəm ki, dini dərslərin keçirilməsi orta məktəblərə uyğun deyil”.

“Dini etiqad azadlığı haqqında” qanunun 6-cı maddəsində (Dinin məktəblə münasibəti) göstərilib ki, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap