İranla Suriya arasında dəhlizin açılmasına imkan verməyəcəyik - Liberman
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İranla Suriya arasında dəhlizin açılmasına imkan verməyəcəyik - Liberman
İsrail rejiminin
müdafiə naziri Aviqdor Liberman İranla Suriya arasında "şiə dəhlizinin"
açılmasına heç bir vəchlə imkan verməyəcəklərini bildirib.
Liberman bu barədə
özünün feysbuk divarında yazıb: "Biz düşmənlərimizə İsrailin təhlükəsizliyinə
ən xırda zərər vurmaq ehtimalını belə verməməliyik".
Libermanın
yazdığı bu şərh İsrail Hərbi Hava Qüvvələrinin bir neçə gün öncə Suriya
ordusunun hərbi bazasına endirdiyi aviazərbələrə qiymət kimi dəyərləndirilir.
Xatırladaq ki, havadan endirilən zərbələr nəticəsində Suriya ordusunun iki
zabiti həlak olmuşdu./ Faktxeber.com