header

 Bu gün müqəddəs Qədir-Xum bayramıdır

Qədir-Xum bayramı peyğəmbərimizin sevimli kürəkəni, ilk imamımız Hz. Əli aşiqlərinin bayramıdır.

Bu gün müqəddəs Qədir-Xum bayramıdır. Bu bayram ölkəmizdə də mömin insanlar tərəfindən qeyd olunur. Qədir-xum bayramının yaranmasının İslamda çox böyük tarixi önəmi var. Belə ki, Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən - "Həccül-vida" - dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil olur. “Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan...". («Maidə» surəsi, 67)

 

Qədir-Xum bayramı peyğəmbərimizin sevimli kürəkəni, ilk imamımız Hz. Əli aşiqlərinin bayramıdır.

 

Önəmli dini bayramlardan olmasına baxmayaraq insanlarımızın Qədir-Xum bayramı haqqında o qədər də məlumatı yoxdur. Şəhər sakinləri arasında keçirdiyimiz sorğu da bunu təsdiqlədi.İlahiyyatçı Hacı Səməd isə insanların dini bayramlarımızın mahiyyətinin xalqa tam çatdırılmamasında din xadimlərinin də məsuliyyətli olduğunu deyir.

 

Peyğəmbərin ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o məsələ həll olunmasa , risalət tamamlanmırdı. Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və müsəlmanların bilməsi zəruri olan bu məsələ Peyğəmbərdən (s) sonra öz müqəddaratlarının kimə tapşırılması məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu şərəfli işin öhdəsindən gələ bilsin. Qədir-Xum bayramının əhəmiyyəti də ondadır ki, məhz bu gün peyğəmbərimiz özündən sonra İslamı yaşatmaq və yaymaq üçün ən layiqli namizədi Hz. Əlini seçdi./ islamazeri

 

Bu müqəddəs bayram münasibətilə biz də bütün möminləri təbrik edirik!

Qədir-Xum bayramı peyğəmbərimizin sevimli kürəkəni, ilk imamımız Hz. Əli aşiqlərinin bayramıdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap