"Amnesty": "Bəhreyn Ali-Xəlifə rejimi müxalifətə işgəncə edir"
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Təşkilat həmçinin Bəhreyndə məhbuslara işgəncə edilməsi haqqında daha ciddi araşdırmaların aparılması zərurətinə işarəylə, ölkə xaricində olan bəhreynli aktivistlərin də Ali-Xəlifə rejimi tərəfindən təhdid edildiyini bildirib.
"Amnesty
International" (Beynəlxalq Əfv Təşkilatı) dünən axşam yayımladığı
hesabatda Ali-Xəlifə rejiminin müxalifəti və tənqid edənləri həbs edərək işgəncə
etdiyini bildirib.
İslamazeri.com
İRNA-ya istinadən xəbər verir ki, hesabatda Ali-Xəlifə rejimi rəsmilərinin Bəhreyndə
mədəni cəmiyyəti məhv etmək üçün hər yola əl atdığı bildirilib.
"Amnesty"
hesabatında həmçinin Ali-Xəlifə təhlükəsizlik qüvvələrinin ilin əvvəlindən
etibarən hər gün daha intensiv şəkildə bəhreynli nümayişçiləri dağıtmaq üçün
zorakı üsullara əl atdığını bildirib.
Təşkilat həmçinin
Bəhreyndə məhbuslara işgəncə edilməsi haqqında daha ciddi araşdırmaların
aparılması zərurətinə işarəylə, ölkə xaricində olan bəhreynli aktivistlərin də
Ali-Xəlifə rejimi tərəfindən təhdid edildiyini bildirib./ İslamazeri.com