AİP lideri Mövsüm Səmədov Myanmada baş verənlərə kəskin etiraz edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Vəkil Yalçın İmanov Qobustan Qapalı Tipli Həbsxanasında saxlanılan AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə
“İslaminSesi”nə vəkilin özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval-ruhiyyəsinin
yüksək olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun Myanma hökuməti tərəfindən
Arakanda müsəlmanlara qarşı həyata keçirilən qətliamlarla bağlı öz etirazını
bildirdiyini söyləyib.
Doktor Mövsüm Səmədov
qeyd edib ki, Myanmada baş verən qanlı, bəşəri cinayətin müsəlmanlara qarşı törədilməsinə
təsadüfi hadisə kimi baxmaq olmaz. Bu cür ssenarilərin hazırlanması və icra
olunması dünyada, o cümlədən Myanmada birinci hal deyil:
“Bir
neçə il öncə Qərb dairələri və ABŞ tərəfindən demokratik ölkə kimi təqdim
olunan Myanmada insanlığa qarşı kütləvi qətliam onu göstərir ki, müsəlmanların
inkişafının və artımının qarşısını almaq üçün hər cür qəddarlığa, vəhşiliyə əl
atılır. Belə hadisələrin və əməllərin arxasında sözsüz ki, İslam düşmənləri
olan dairələr dayanır. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq müsəlman
qövmünə qənim kəsilən siyasi sistemlər öz niyyətlərinin dalıncadılar. Hərbi
xunta rejimiləri, o cümlədən demokratik don geyindirilən Myanma hakimiyyəti baş
verən və bundan sonra da müsəlmanlar üzərində həyata keçiriləcək qətliamlara
görə dünyanın qınağını deyil, özlərinin ən yüksək mükafatlarını-Nobel
makafatını alacaq.
Etnik
təmizləməyə və kütləvi soyqırıma məruz qalan Myanma müsəlmanlarının müdafiəsini
BMT-dən və digər beynəlxalq təşkilatlardan gözləmək sadəlövhlükdür. Çünki
sionizmin kök saldığı bu təşkilatlarda humanizm deyilən bir duyğu və düşüncə
yoxdur. O ki, qaldı müsəlmanların hüquqlarının müdafiəsi ola.
Myanmada
törədilən böyük faciələrin qurbanlarının qanını yerdə qoymaq olmaz. Haqsızlıq, ədalətsizlik
İslam dinində ən çox qınanan hal kimi bu hadisələrdə də bütün 57 müsəlman ölkəsinin
xalqları və xüsusən də rəhbərləri tərəfindən ciddi münasibət açıqlanmalı, həlledici,
təsirli addımlar atılmalıdır. Ən mühüm addımlardan biri də bu qətliamları törətməkdə
maraqlı olan qütblərin aşkara çıxarılması və dünyada ifşa edilməsi olmalıdır.
Azərbaycan xalqının erməni daşnakları tərəfindən belə soyqırıma məruz qaldığı
üçün Myanma hakimiyyətinin müsəlman əhalinin soyqırıma məruz qoymasına ölkəmizin
rəsmi dairələri daha ciddi reaksiya verməli, bu cinayətkar əməli pisləməlidirlər.
Myanmada qətlə yetirilənlərə Allahdan rəhmət diləyirəm.”