Ayətullah Nuri Həmədani Myanma müsəlmanları ilə bağlı çağırış edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Ayətullah Nuri Həmədani Myanma müsəlmanlarına yardımla bağlı müsəlman dövlətlərinin başçılarına səslənib
Əl-Aləmə
istinadən, müctəhid ayətullah Nuri Həmədani verdiyi bəyanatda Myanmada müsəlmanların
məruz qaldığı qətliamı kəskin pisləyib və müsəlman ölkələrinin başçılarını hərəkətə
keçməyə çağırıb.
Ayətullah Nuri
Həmədaninin çağırışında deyilir:
“Bu gün
Myanmada məzlum müsəlman camaatının qətliam edilməsinin şahidiyik. Bundan daha
hüzünlüsü isə insan hüquqları iddiasında olanlar bu cinayətləri görə-görə
susurlar. Bu cinayətlər hegemon ölkələrin və onların əlaltılarının əməkdaşlığı
ilə baş tutur... Bu gün islam ölkələri liderlərinin öhdəsində ağır məsuliyyət
düşür. Onlara vacibdir ki dərhal məzlum müsəlmanların köməyinə yetişsinlər.”
deyə Ayətullah Nuri Həmədani İran İslam Respublikasını bu mövzuya görə hərəkətə
keçməyə çağırıb. / İslaminSesi.info