Ər-Riyad medialarda İran əleyhinə təbliğatı qadağan etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Səudiyə Ərəbistanı hökuməti bu ölkə qəzetləri və tele-kanallarına İran İslam Respublikasına qarşı təbliğatları dayandırmaları barədə göstəriş verib.
Rəy Əl-Yəum
bildirir ki, bu göstəriş həcc məsələsi ilə bağlı əldə edilmiş anlaşmanın
ardınca iki ölkə əlaqələrinin yaxşılaşdırılması çərçivəsində verilib.
Səudiyə Ərəbistanı
2016-cı ildə bəzi ölkələr o cümlədən İran və Suriyadan zəvvarların həcc mərasimində
iştirakını qadağan etdi.
2015-ci ildə həcc
mərasimi zamanı Minada baş verən faciə zamanı 464 iranlı daxil olmaqla 7000 zəvvar
həyatını itirmişdi.
Bu arada əldə
edilmiş anlaşmaya əsasən Ər-Riyad Ərəbistanın Tehrandakı səfirliyinə baxış
keçirməsi üçün bir heyət göndərməlidir. Və bəzi mənbələr Ərəbistanın Tehrandakı
səfirliyinin qarşıdan gələn aylar ərzində yenidən açılacağını deyirlər.
Ərəbistanın
Suriyada Əsəd hökumətini devirmək üzrə 6 illik səylərinin uğursuz qalmasının
ardınca indi, Ər-Riyadın öz mövqeyini dəyişməsi ilə bağlı bəzi fikirlər səsləndirilir.
İran xarici işlər
naziri Məhəmməd Cavad Zərif son zamanlar deyib: Əgər Ərəbistan regional siyasətlərinə
düzəliş edərsə, İranın müsbət reaksiyası ilə üzləşəcək.
Zərif əlavə
edib: İran Ərəbisanın regional siyasətlərinin destruktiv olduğuna və hətta, Ərəbistanın
öz zərərinə olduğuna inanır.