header

 Ərdəbil aeroportlarının müdiri: Ərdəbildən Azərbaycan və Türkiyəyə uçuşlar hazırlanır

Ərdəbil aeroportlarının müdiri bu əyalətdən Azərbaycan və Türkiyəyə reyslər açılacağını xəbər verib.

Fəxrəddin Haşimi vurğulayıb: “Hal-hazırda Azərbaycan və Türkiyə ölkələrinə uçuşların açılması barədə işlər aparılır. Bunun həyata keçməsi üçün aviaşirkətləri razı salmaq lazımdır.”

 

Ərdəbil aeroportlarının müdiri əlavə edib ki, hazırkı şəraitdə bu əyalətdən xarici ölkəyə yalnız İraqın müqəddəs ziyarətgahların uçuşlar vardır. Lakin əyalətin ehtiyaclarını nəzərə almaqla digər qonşu ölkələrə də reyslərin açılması zəruridir.

 

F. Haşimi Ərdəbil aeropurtunun regionun habına çevrilə biləcəyini qeyd edərək deyib: “Ərdəbil aeroportu beynəlxalq aeroporta çevrilsə, regionda hab hava limanı ola bilər, hətta ötən təyyarələrə də yardım göstərə bilər, onlara yanacaq çatdıra və təmir edə bilər.”

Ərdəbil aeroportlarının müdiri bu əyalətdən Azərbaycan və Türkiyəyə reyslər açılacağını xəbər verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap