Şeytanın həzrət Nuha (ə) etdiyi etiraf
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Şeytanlar qrupuna daxil olan insanlar
Şeytan real bir
məxluq olaraq mövcuddur. Allah Taala Qurani Kərimdə onu bir varlıq olaraq
xatırladır. Hətta onun oddan yaradılmasına belə işarə edilir.
(Allah iblisə): 'Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?' – deyə
buyurdu. (İblis:) 'Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu
isə palçıqdan yaratdın!' – dedi (Əraf-12).
Adı İblis olaraq xatırlanan məxluq, elə insanın yarandığı ilk gündən düşmənçiliyə
başlayıb. Görəsən bu İblisin bizdən alıb-verəmədiyi nədir? Nə istəyir bizdən? Təbii
ki, Quran bunun cavabını verir: Onu təkəbbürü, lovğalığı!
(Ya Peyğəmbər!) Biz mələklərə: 'Adəmə səcdə edin! – dedikdə İblisdən başqa
(hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və
kafirlərdən oldu (Bəqərə-34).
İmam Hadi (ə) belə buyurur: Həzrəti Nuh İblisə əmr etdi: Danış!
İblis danışmağa başladı: Adəm övladını paxıl, həris, həsəd, zalım və tələskən
halda gördüyüm an onu ələ tez keçirirəm. Əgər bütün bu sifətlər onda cəmlənərsə
o kəs bizdəndir. Onu özümüz kimi üsyənkar Şeytan adlandırırıq.
İmam və Peyğəmbərlərin (ə) kəlamlarındakı hədəfləri insanların qəflətdən
ayılması və hidayətidir. Çünki insanda şeytanı xıslətlərin formalaşması,
insanın şetanlaşlamısı deməkdir. Bu vəziyyət də onun yaradılış hədəfinə ziddir.
Əgər belə olmasaydı Şeytan insanla düşmənçilik etməzdi (yəni əl çəkərdi).
Y.Nuriyev / İslaminSesi.info