header

 Qobustan həbsxanasına AİP sədri Mövsüm Səmədova göndərilənlər ona çatdırılmır

Qobustan həbsxanasında AİP sədri Mövsüm Səmədova evindən göndərilən sövqat və ərzaqlar müxtəlif bəhanələrlə ona çatdırılmır.

İyulun 21-dən Qobustan Qapalı Həbsxanasına aparılan Azərbaycan İslam Partiyasının (AİP) sədri, doktor hacı Mövsüm Səmədov ailəsi ilə telefon əlaqəsi saxlayıb.

 

Doktor Mövsüm Səmədovun xanımı Mehparə Səmədovadan aldığımız məlumata görə, məhbusa evindən göndərilən heç bir sovqat çatdırılmayıb:

 

“Bu gün Mövsüm zəng etmişdi. Dedi ki, ona poçt vasitəsilə göndərdiyimiz pasılka da ona verilməyib.Türmə rəisi ona deyib ki, evə desin ki, poçtla ona sovqat yollamasınlar. Gətirib Qobustan Həbsxanasının qarşısından versinlər. Hakbuki, biz bu ayın 10-u cümə günü vəkili deyəndən sonra həbsxanaya sovqat aparmışdıq. Amma heç şlaqbaumdan da keçməyə və kalona tərəf getməyə qoymadılar. Dedilər olmaz, rejim dəyişilib. Məcbur olub səhərisi, ayın 11-i bişmiş yeməkləri ayırdıq və yalnız quru yeməklərdən ibarət bir çanta poçt vasitəsilə yolladıq ki, bəlkə bunu qaytarmazlar.

 

Bu gün ayın 15-i Hacı Mövsüm zəng edib dedi ki, ona heç nə verməyiblər. Rəis deyib ki, nəsə vermək istəyəndə gətirib həbsxanaya versinlər birbaşa, poçtla yollamasınlar. Belə çıxır ki, Qobustan həbsxanasının rəisi Aftandil Ağayev bizi ələ salır! Aparırıq almır, poçtla yollayırıq vermir Hacı Mövsümə. Özü isə bir tərəfdən vəkilə deyir- "icazə verilir bir bağlama sovqat göndərməyə" və digər tərəfdən gətirən zaman götürmür.     

 

Soruşdum nə yeyirsiz? Dedi yanında bir az pulu olub onunla az da olsa, bir şeylər ala bilib və dedi ki görüşə də icazə verilməyəcək hələ . Bəlkə 6 ay sonra icazə verildi”.

(vetenuğrunda.az)

Qobustan həbsxanasında AİP sədri Mövsüm Səmədova evindən göndərilən sövqat və ərzaqlar müxtəlif bəhanələrlə ona çatdırılmır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap