Şahzadələrin taxt-tac davası: Vəliəhdə qarşı sui-qəsd
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
İnsident Ciddə şəhərində baş verib.
“Islam Today”-ə
istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd
bin Salman əs-Səuda qarşı sui-qəsd törədilib.
Bildirilir ki,
insident Ciddə şəhərində baş verib. Hadisə zamanı şahzadə xəsarət almayıb.
Hücum edən şəxs polis tərəfindən həbs edilib.
Bəzi məlumatlara
görə, sui-qəsd cəhdinin arxasında adıçəkilməyən digər şahzadə durur. Qeyd etmək
lazımdır ki, Muhəmməd bin Salman ambisiyalı qərarlarına və rəqiblərini “aradan
götürdüyünə” görə digər Səud şahzadələrinin rəğbətini qazana bilməyib.
Xatırladaq ki,
hazırkı kralın oğlu Muhəmməh bin Salman iyun ayının ortasında vəliəhd şahzadə
seçilib. Bir sıra ərəb KİV-ləri yazmışdılar ki, kral Salman yaxın bir neçə ay ərzində
oğlunun xeyrinə öz taxt-tacından imtina edə bilər. / İslamazeri.com