header

 ABŞ telekanalından gözlənilməz reportaj: Səud rejimi terrorçudur!

Donald Tramp administrasiyana yaxınlığı ilə seçilən “Fox News” telekanalı misli görülməmiş reportaj hazırlayıb.

“ParsToday”-ə istinadən, Donald Tramp administrasiyana yaxınlığı ilə seçilən “Fox News” telekanalı misli görülməmiş reportaj hazırlayaraq, Səudiyyə Ərəbistanı rejimini sərt şəkildə tənqid edib. Reportajda rəsmi Ər-Riyad dünyada terrorçuluğu yaymaqda ittiham edilib.

 

Adıçəkilən telekanal bazar günü “Swamp Swatch” adlı proqram zamanı Səudiyyə Ərəbistanından olan şəxslərin 2001-ci il, 9 sentyabrda baş vermiş terror aktlarında əli olduğunu xatırladaraq qeyd edib ki, terrorçuluğun yayılmasının məsuliyyətini hamıdan çox çəkir Səud rejimi.

 

Telekanal bildirib ki, hazır ABŞ-da 29 lobbi qrupu rəsmi Ər-Riyadın xeyrinə və amerika xalqının milli maraqlarına zidd fəaliyyət göstərir.

 

Qeyd edilir ki, dünyada terrorçuluq və ekstremizmin yayılmasına və genişlənməsinə ən çox "töhfəni" məhz səudiyyəlilər veriblər.

 

Xatırladaq ki, məlum reportaj “Fox News”-un yürütdüyü siyasətdə maraqlı dəyişikliyin olduğunu göstərir. Məlum kanal əvvəllər Səud rejiminin Yəmənə qarşı işğalçı siyasətini dəstəkləyirdi. Qeyd etmək lazımdır ki, Donald Tramp Prezidentlik dövrünün ilk və ən səsküylü xarici səfərini məhz Səudiyyə Ərəbistanına edib. / İslamazeri.com

Donald Tramp administrasiyana yaxınlığı ilə seçilən “Fox News” telekanalı misli görülməmiş reportaj hazırlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap