header

 BFHR: “Ayətullah İsa Qasım 70 gündən artıqdır ev dustağıdır”

BFHR: “Ayətullah İsa Qasım 70 gündən artıqdır ev dustağıdır”

İnsan Haqları üzrə Bəhreyn Forumu (BFHR) ölkənin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın 70 gündən artıq bir müddətdir Ali Xəlifə rejimi tərəfindən ev həbsində saxlanıldığını qeyd edərək, onun səhhəti ilə bağlı narahatlığını qeyd edib.

 

Deyerler.org Lualua saytına istinadən xəbər verir ki, Ayətullah İsa Qasımın evinin ətrafında güclü təhlükəsizlik nəzarətinin davam etdiyini açıqlayan BFHR belə qeyd edib: “Bu təhlükəsizlik tədbirləri Ayətullah İsa Qasımın səhhətindən xəbərdar olunmasına və ailə fərdlərinin özünü görməsinə mane olur”.

 

BFHR Ayətullah İsa Qasımın yaşadığı Əd-Diraz rayonunda keçirilən dinc aksiyalarda həbs olunan xeyli sayda vətəndaşın hüquq işlərinin hələ də məxfi saxlanıldığını və bu səbəblə vəkilləri və ailə üzvləri ilə görüşlərinə imkan verilmədiyini qeyd edib.

 

Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri mayın 23-də Əd-Diraz rayonuna və Ayətullah İsa Qasımın evinə hücum edərək, 6 nəfəri şəhid etmiş və onlarla insanı həs etmişdir. / Maide.Az

BFHR: “Ayətullah İsa Qasım 70 gündən artıqdır ev dustağıdır”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap