header

 Nəsrullah: Hər bir gələcək savaşda İsrail rejimini məğlubiyyət gözləyir

Livan Hizbullahının baş katibi vurğulayıb: Hər bir gələcək savaşda İsrail rejiminin üzləşəcəyi məğlubiyyət və biabırçılıq 2006-cı ildəki məğlubiyyətdən daha kəskin olacaqdır.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə Livan müqavimətinin 2006-cı ildəki 33 günlük savaşda sionist rejim üzərində qələbə çalmasının 11-ci ildönümü günü mərasimində deyib: Bu gün, böyük bir gündür ki, onda müqavimət qüvvələri sionist rejimin Livana yiyələnmək üzrə cəhdini nakam qoydu və bu rejim qarşısında dayandılar.

 

Livan Hizbullahının baş katibi söyləyib: Müqavimət siyasi nailiyyətlər ardınca deyil, milli hədəflər ardıncadır və müqavimətin məğlubiyyətini istəyən hər bir tərəf xəsarət və ziyan görəcəkdir; müqavimət mehvərinin zəifliyini istəyən hər bir tərəf daim məğlub olacaqdır.

 

Seyid Həsən Nəsrullah vurğulayıb: Müqavimət qüvvələrinin 2006-cı ildəki 33 günlük savaşda əldə etdiyi qələbə röya və iddia ilə əldə olunmadı, əksinə ciddi müqavimətlə reallaşdı və on bir ildən sonra düşmən hələ də öz məğlubiyyətini və müqavimətin onun qarşısında formalaşdırdığı problemin şiddətini etiraf edir.

 

Livan Hizbullahının baş katibi deyib: Terrorizm, yəni Amerika və İsrail rejimi, amma Hizbullah onların planlarını alt-üst edir; Amerika və İsrail rejimi deyirlər ki, Hizbullah dağıdıcı və təhlükəli bir qüdrətdir, bəli elədir, əlbəttə, İsrail rejiminin planları qarşısında.

 

Seyid Həsən Nəsrullah əlavə edib: Bu, Amerikadır ki, terrorizmi yaradıb və Donald Tramp bu məsələni öz seçki kampaniyasında vurğulayıb; Amerika Suriya və İraqda terrorizmə maliyyə dəstəyi verir, amma heç vaxt Livan Hizbullahına zərər vura bilməyəcəkdir.

Livan Hizbullahının baş katibi vurğulayıb: Hər bir gələcək savaşda İsrail rejiminin üzləşəcəyi məğlubiyyət və biabırçılıq 2006-cı ildəki məğlubiyyətdən daha kəskin olacaqdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap