Qasim Süleymani: "And olsun başı kəsilmiş əsgərimizə..."
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Qasim Süleymani: "And olsun başı kəsilmiş əsgərimizə..."
İŞİD
İraq-Suriya sərhədində əsir götürdüyü İranlı əsgərin boğazını kəsərək öldürməsinə
İranın Yaxın Şərq üzrə sərkərdəsi general Qasim Süleymanidən cavab gəlib
"Haber7"
xəbər verir ki, İŞİD terror təşkilatının İranlı əsgərin boğazını kəsərək öldürməsindən
sonra hadisəyə ən kəskin reaksiyanı İran İnqilabının Keşikçilər Korpusunun
"Qüds" briqadasının komandiri general Qasım Süleymani verib.
Süleymanı
"Şəhidimizin kəsilmiş boğazına and olsun, hamısını öldürmədən
dayanmayacağıq",- deyərək, qisas alacaqlarını bildirib.
İraq-Suriya sərhədində
yerləşən Tanaf regionunda bazar ertəsi günü baş verən toqquşmalarda İranlı əsgər
Möhsin Höcəci əsir alan İŞİD terrorçuları onun boğazını kəsib görüntülərini
internet vasitəsilə yayımımlayıblar.
İŞİD həmçinin
fars dilində bir video yayaraq İranı Tehranda yeni terror etməklə təhdid
edib./islamazeri/