Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda
sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata
görə, avqustun 11-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən
buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim
şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın
temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti,
gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi
759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə
70-80 %, gündüz 40-50 % olacaq.
Abşeron çimərliklərində
dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə
26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°,Türkan, Hövsan, Sahil,
Şıxda 28-29° isti təşkil edəcək.
Azərbaycanın
rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi
dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın
temperaturu gecə 20-25°, gündüz 33-37° isti, dağlarda gecə 15-20°, gündüz
25-30° isti olacağı gözlənilir.