header

 Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib

Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək.

 

Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir.

 

Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.

 

Qeyd edək ki, bu il zəvvarların ilk qrupu avqustun 24-də Həcc ziyarətinə yola düşəcək.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib. Belə ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidir. Bildirilib ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək. / Maide.Az

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap