Polis dindarların etiraz aksiyasına mane oldu
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
9 Avqust Bakı polisic bir qrup dindarın “Müsəlman Birliyi” Hərəkatının fəalı Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalmasına etiraz olaraq aksiya keçirməsinə mane olub.
Turanın məlumatına
görə Penitensiar Xidmətin qarşısında polis əməkdaşları və mülki geyimli şəxslər
aksiya iştirakçılarını dağıdıb, jurnalistləri sıxışdırıblar.
A.Hüseynovun
bacısı Yasəmən jurnalistlərə deyib ki, sonuncu dəfə doğmaları onunla telefonla
iyulun 17-də danışıblar.
İyulun 20-də
Apellyasiya Məhkəməsinin iclasından sonra onunla heç bir əlaqə olmayıb.
Doğmaları onun səhhətilə bağlı narahatdır.
Yasəmən bildirib
ki, hələ ibtidai istintaq dövründə A.Hüseynov DİN Baş Mütəşəkkil Cinayətkarlığa
Qarşı Mübarizə İdarəsində amansız işgəncələrə məruz qalıb. Onun başında şiş əmələ
gəlib.
«Görünür, bu,
onlara az görünüb və Abbasa həbsdə də işgəncə verməyə davam edirlər», – o
bildirib.
Ötən gün vəkil
Yalçın İmanov bildirib ki, Qobustan həbsxanasında A.Hüseynovu karserə salaraq
işgəncə veriblər.
Vəkilin sözlərinə
görə, onu dəyənəklə döyüblər, həbsxananın həyətində dəmir dirəyə bağlayıblar və
əllərini qandallayaraq 3 saat qızmar günəş altında saxlayıblar.
Abbas Hüseynov
2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı
saxlanılıb.
2017-ci ilin
yanvarında məhkəmə onu ağır cinayətlər törətmək ittihamları – konstitusiya
quruluşunu dəyişdirməyə cəhd, terrorçuluq, qətl və s. ittihamlarla 20 il müddətinə
azadlıqdan məhrum edib.
Müttəhimlər,
onların vəkilləri və fəallar bütün ittihimları sxata və şər- böhtan adlandırırlar.