header

 Rusiya bankı Ərdəbildə 100 milyon dollarlıq sərmayə qoyur

Rusiyanın Albin bankı Ərdəbil və Səreyn şəhərləri arasında turizm şəhərciyinin yaradılması məqsədi ilə 100 milyon dollarlıq sərmayə qoymaq qərarına gəlib. Bu turizm şəhərciyinin adı "Taysız Savalan" olacaq.

Albin bankının icraçı müdiri Abdullah Ömərov  və Ərdəbilin Tibb Elmləri Universitetinin nümayəndəsi Əli Lütfi bununla bağlı Moskvada anlaşma sənədi imzalayıblar.

 

Həmçinin, İran və Rusiya nümayəndə heyətləri arasında baş tutan görüşdə əl işləri məhsullarının və Ərdəbil vilayətində istehsal edilən məhsulların satışı ilə bağlı bir sənəd də imzalanıb.

 

Əli Lütfi bu barədə deyib: Ərdəbil ostanında istehsal edilən məhsulların çeşidli və keyfiyyətli olmasını nəzərə alaraq, bu məhsullar üçün beynəlxalq bazarların tapılması istiqamətində lazımi işlər görülməlidir.

 

Əli Lütfi həmçinin deyib: Əl işləri sənayesi ilə yanaşı, Rusiyaya satış üzrə anlaşmada digər məhsulların adları da qeyd olunub. Bu da iki tərəf arasında ticarət sahəsində geniş əməkdaşlıq imkanı yaratmış olub.

 

Ərdəbilin Tibb Universitetinin nümayəndəsi iki tərəf arasında imzalanmış anlaşmanın özəlliyi barədə deyib: Rusiyanın İrandan aldığı məhsullar Albin Bankın mərkəzi binasındakı sərgi məkanında nümayişə və satışa çıxarılacaq.

Rusiyanın Albin bankı Ərdəbil və Səreyn şəhərləri arasında turizm şəhərciyinin yaradılması məqsədi ilə 100 milyon dollarlıq sərmayə qoymaq qərarına gəlib. Bu turizm şəhərciyinin adı "Taysız Savalan" olacaq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap