header

 Qərbi Asiyada müharibə və intihar əməliyyatları qurbanlarının qorxunc STATİSTİKASI

Vaşinqton Universiteti Qərbi Asiyada (Yaxın Şərqdə) müharibə və intihar əməliyyatları qurbanlarının sayı haqqında aparılmış 15 araşdırmanın nəticəsini açıqlayıb.

“İnternational Journal of Public Health” jurnalında dərc olunan araşdırmalar göstərir ki, 2015-ci ilədək Qərbi Asiyada müharibə, zorlama, qətliam və intihar əməliyyatları qurbanlarının sayı 208179 nəfər təşkil edib. “2015-ci ildə müharibə qurbanlarının sayı 144 min nəfər olub. Britaniyanın "Guardian" qəzetinin məlumatına görə, Yaxın Şərqin 600 milyon əhalisi var.

 

Araşdırmanın nəticəsinə görə, Qərbi Asiyada xalq arasında zorakılıq və intihar əməliyyatları son yarım əsrdə dünyanın digər bölgələri ilə müqayisədə çoxalıb.

 

Vaşinqton Universittinin Statistika Mərkəzinin Qərbi Asiya üzrə layihə rəhbəri Əli Miqdad bildirib ki, Yaxın Şərqdə davamlı zorakılıqlar bəzi bölgələrdə uşaqlar və yeniyetmələrin nəslinin kəsilməsinə səbəb olub. “Əgər tezliklə bu qədər cinayət və qətliamın qarşısını almaq üçün çıxış yolu tapılmazsa və sülh olmazsa, bölgəni qara tale gözləyir”.

 

Ə.Miqdad deyib ki, bundan başqa Qərbi Asiyada müharibə və qətliamların nəticəsi olaraq pisxoloji xəstəliklər, o cümlədən depressiya, narahatlıq və ikili xarakterli insanların sayı hər gün artmaqdadır./ Maide.Az 

Vaşinqton Universiteti Qərbi Asiyada (Yaxın Şərqdə) müharibə və intihar əməliyyatları qurbanlarının sayı haqqında aparılmış 15 araşdırmanın nəticəsini açıqlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap