header

 ABŞ, İsrail və Rusiya arasında gizli görüş: Təl-Əviv yenə narazı qalıb

ABŞ, İsrail və Rusiya arasında gizli görüş: Təl-Əviv yenə narazı qalıb

Vaşinqton, Təl-Əviv və Moskva Suriyanın gələcək taleyi ilə bağlı gizli toplantı keçirib. Bu barədə "Haaretz" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, İsrail-Suriya və İordaniya-Suriya sərhədlərində təhlükəsiz zona yaradılması ilə bağlı keçirilən görüş İsrail rejimi üçün nəticəsiz yekunlaşıb.

 

Qeyd edək ki, ABŞ, İsrail və Rusiya rəsmilərinin ötən ayın əvvəli İordaniyanın paytaxtı Əmmanda təşkil olunan toplantısında razılıq əldə olunmayıb. Görüşdə İsraili Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, "MOSSAD" Kəşfiyyat Xidməti və ordudan yüksəkçinli rəhbərlər, ABŞ-ı Maykl Ratney və Brett Mcgurk, Rusiyanı isə Putinin Suriya nümayəndəsi Aleksandr Lavrentiyev təmsil edib.

 

İsrail rejimini görüş zamanı narahat edən məqamlardan biri də həm ABŞ, həm də Rusiyanı Suriyadakı İran varlığının narahat etməməsi olub./ FaktXəbər

ABŞ, İsrail və Rusiya arasında gizli görüş: Təl-Əviv yenə narazı qalıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap