header

 Türkiyədə bələdiyyənin qapısına rüşvətlə bağlı hədis yazılmış lövhə

Bələdiyyənin qapısına "Rüşvət alan da verən də məlundur" hədisi yazılıb.

Türkiyə mediasına istinadən, Diyarbəkirdə bələdiyyə binalarının giriş qapısına "Rüşvət alan da verən də məlundur" (məlun: lənətlənmiş - red.) hədisi yazılıb.

 

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən təyin edilən Bismil bələdiyyə başçı vəkili Turqay Gülənçin rüşvət və korrupsiyaya qarşı mübarizə aparmaq üçün başlatdığı işlər davam edir. Bu çərçivədə Gülənçin göstərişilə bələdiyyə binasının giriş qapısına "Rüşvət alan da verən də məlundur" hədisi yazılıb.

 

Gülənç vəzifəyə gələndən bu yana rüşvət və korrupsiyayla ciddi mübarizə apardığını deyib. Haqq və hüquq çərçivəsində millətə xidmət edəcəklərini bildirən Gülənç deyib: "O yazını ora yazmışıq ki, bundan sonra hər kəs addımını doğru atsın. Qətiyyətlə səhv edən atamın oğlu da olsa gözünün yaşına baxmaram. Bunu hər kəsin bilməsi lazımdır. Bu yolda bəzən səhv edən insanlar ola bilir. Artıq bir dövr bağlandı, yeni dövr başlayır. Beləliklə, hər kəsin qatıq yeməsi fərqlidir. Biz qatığı belə yeyirik. Heç kimə belə bir fürsət verməyəcəyik. Yəni zamanla bəzi şeylər ortaya çıxa bilər. Bunların tədbirini indidən almış oluruq." / İslamazeri.com

Bələdiyyənin qapısına "Rüşvət alan da verən də məlundur" hədisi yazılıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap