ABŞ “Həşd Şabi”yə hücum etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Çox sayda ölü və yaralı var.
“Al Sumaria”
telekanalına istinadən verdiyi xəbərə əsasən, İraq hökumətinə tabe olan “Həşd
Şabi”nin tərkibinə daxil olan “Kətaib Seyyid əş-Şuhəda” dəstəsi ABŞ tərəfindən
atəşə tutulub. Şiə könüllülərinin verdiyi məlumata əsasən, hadisə ötən gün İraq
ərazisində Suriya ilə sərhədin yaxınlığında baş verib.
Bəyanata əsasən,
ABŞ iraqlı qüvvələri artilleriya zərbələri ilə atəşə tutub. Qeyd edilir ki, zərbə
nəticəsində çox sayda ölü və yaralı var. Şiə qüvvələr İraq hökumətini insidentlə
bağlı araşdırma aparmağa səsləyib.
“Rudaw”
telekanalı bildirir ki, ABŞ HHQ “Həşd Şabi” qüvvələrinin hərbi karvanına zərbəni
İraq-Suriya sərhədində endirib. / İslamazeri.com