İran XİN: Dağlıq Qarabağla bağlı danışıqlar davam etdirilməlidir
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
“Dağlıq Qarabağla bağlı məsələdə bizim məsləhətimiz danışıqların davam etdirilməsidir”.
APA-nın Tehran
bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram
Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın hər iki
şimal qonşusu ilə çox yaxşı münasibətləri var: “Hər iki ölkə bizim üçün önəmlidir.
Bu iki ölkənin arasında mövcud olan münaqişə və ixtilaf böyük problemdir. Bu
ixtilaf uzun müddətdir var və bizim məsləhətimiz danışıqların davam etdirilməsi
yolu ilə problemin həlli və Cənubi Qafqazda sabitliyin yaranmasıdır”.
B. Qasimi
regiondakı prosesləri diqqətlə izlədiklərini və sərhədləri nəzarətdə
saxladıqlarını söyləyib: “Bu münaqişələrə görə sərhədlərimizi pozmağa icazə
vermərik. Lakin digər ölkələrin müdaxiləsi ilə münaqişə alovunun genişlənməsi təhlükəsi
mövcuddur”.
İran XİN-in
sözçüsü ABŞ-ın İranın hərbi obyektlərinə baxış keçirməklə bağlı təklifinə
münasibət bildirib və bu istəyi lətifə adlandırıb: “Bu, bir lətifədir və
hansısa yumor ustası onu yazıb. Hər nə lazım idisə, müzakirələrdə əldə olundu”.