Rəsmi Bakı İsrailin “Haaretz” qəzetinin Azərbaycanla bağlı yalan və böhtan xarakterli yazısına cavab verib
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
İyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib.
FaktXəbər-in-un
məlumatına görə, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi
Novruz Məmmədov AZƏRTAC-a bu yazı ilə bağlı münasibət bildirib. Prezidentin köməkçisi
deyib:
- Təəssüf ki, məsuliyyət
hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və
böhtan xarakterli məlumatları yaymağı özlərinə peşə hesab edirlər.
İndiyə qədər
İsrailin “Haaretz” qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və
daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti
yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət
bildirməyə ehtiyac var.
Belə ki, iyul
ayının 30-da İsrailin “Haaretz” qəzetində Prezidentin ailəsi barədə bütövlükdə
yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunub. Əsas narahatlıq doğuran məqam
isə bu məlumatda İsrailin turizm naziri Yarev Levinə istinad edilməsidir.
Yazıda göstərilir
ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi İsraildə əmlak almaqla, bu
ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda, guya Prezidentin kiçik oğlu
(fikir verin) bu aylarda İsraildə olub. Amma həqiqət budur ki, Prezidentin oğlu
yalnız göstərilən aylarda yox, ümumiyyətlə, İsrailə səfər etməyib.
Bu
informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların reallıqla heç
bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurur və
eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin ruhuna da ziddir.
“Haaretz” qəzetinin
jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin turizm naziri Yarev
Levinə istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İsrail səfirliyi
özünün və nazir Yarev Levinin mövqeyini bildirməlidir.