İran parlamentində ABŞ-ın düşmənçiliyi ilə mübarizə layihəsinin təsdiqi
Posted on : iran 10/16/2017 1:00:30 PM
ABŞ-ın regionda terror və avantürist hərəkətləri ilə mübarizə layihəsi İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının fövqəladə iclasında təsdiqlənib.
İran İslam
Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri
şənbə günü fövqəladə iclasda ABŞ-ın regionda terror və avantürist hərəkətləri
ilə mübarizə layihəsi araşdırılıb. İclasda İran xarici işlər nazirinin hüquq və
beynəlxalq məsələlər üzrə müabini Seyid Abbas İraqçı da iştirak edib.
ABŞ-ın regionda
terror və avantürist hərəkətləri ilə mübarizə layihəsi parlament komissiyasının
bütün üzvlərinin lehinə səsi ilə təsdiqlənib.
İran İslam
Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvləri
ehtimal güzrə gələn həftə keçiriləcək növbəti iclasda ABŞ-ın regionda terror və
avantürist hərəkətləri ilə mübarizə layihəsinin detallarını araşdıracaqlar.
Bu arada İran
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri
Əlaəddin Brucerdi fövqəladə iclasın sonunda bildirib: ABŞ-ın regionda terror və
avantürist hərəktələri ilə mübarizə layihəsinin təsdiqlənməsi İslam Şurası Məclisində
tam yekdilliyin olduğunu əks etdirir.
İran xarici işlər
nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı da ABŞ-ın
İran əleyhinə yeni sanksiyaları haqda jurnalistlərə verdiyi açıqlamada Əhatəli
Müştərək Təşəbbüs Proqarmının 26, 27, 28 və 29-cu maddələrinin pozulduğunu
bildirib və deyib: İran Konqresin bu qanuna qətiyyətli cavab verəcək.
İraqçı
bildirib: İran Xarici İşlər Nazirliyi parlamentin Milli Təhlükəsizlik və Xarici
Siyasət Komissiyasının ABŞ-ın yeni sanksiyaları haqda hazırladığı layihə ilə
razılaşır və nüvə anlaşmasına mənfi təsir göstərəcək və İran İslam
Respublikasının mənafeyini azaldacaq ABŞ-ın xəbis və düşməçilik hərəkətinə
cavab verilməlidir.
ABŞ Nümayəndələr
Palatası 25 iyulda İran əleyhinə sanksiyalar paketini 419 lehinə səslə qəbul
edib. Senat isə 27 iyulda 98 lehinə səslə bu paketin lehinə səs verib.